Ərdoğana sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməkdə ittiham olunan şəxslər barəsində məhkəmə qərar verib. 
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb. 
İttiham olunan şəxslərdən keçmiş hərbçi Hüseyin Yılmaz bəraət alıb. Türkiyə prezidentinə qarşı sui-qəsd təşkil etməkdə günahkar bilinən 31 nəfər barəsində isə 4 dəfə ağırlaşdırılmış ömürlük həbs qərarı verilib. 
Qeyd edək ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməklə bağlı məhkəmə prosesində günahkar qismində 47 nəfərin adı göstərilib.