Ərdoğan “Vaşinqton Post”-da Qaşıqçının öldürülməsindən yazdı

Baxış sayı:
1909

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, “Vaşinqton Post” qəzetində yazdığı yazıda, Qaşıqçı hadisəsiylə bağlı mühüm ifadələr işlədib. Ərdoğan, Qaşıqçı cinayətinin əmrinin Səudiyyə Ərəbistanının ən yüksək məqamlarından gəldiyini söyləyib.
 
Prezident Ərdoğan, “Vaşinqton Post” üçün qələmə aldığı məqalədə, Camal Qaşıqçı-nın öldürülməsindən sonra Türkiyənin mövqeyini açıqlayıb.
Yazıda Ərdoğan, Qaşıqçı cinayətinin əmrinin Kral Salman tərəfindən verildiyinə inanmadığını bildirib.
Ərdoğanın açıqlamalarından mühüm başlıqlar:
“Səylərimiz nəticəsində bütün dünya, Camal Qaşıqçı-nın soyuqqanlı şəkildə bir sui-qəsd qrupu tərəfindən öldürüldüyünü öyrəndi.
 
ƏMRİ KRAL SALMANIN VERDİYİNƏ İNANMIRIQ
 
Cinayəti törədənlərin, Səudiyyə Ərəbistanda həbs edilən 18 şübhəlinin içində olduğunu bilirik.
Camal Qaşıqçı-nın öldürülməsi əmrini kral Salmanın verdiyinə inanmam qətiyyən mümkün deyil.
 
ƏMRİN, SƏUDİYYƏ HÖKUMƏTİNİN ƏN YÜKSƏK MƏQAMLARINDAN OLDUĞUNU YAXŞI BİLİRİK
 
Camalın qətlə yetirilməsi əmrinin, Səudiyyə hökumətinin ən ali məqamlarından gəldiyini də yaxşı bilirik.
Səudiyyə rəsmilərinin, ədalət işinə xidmət etmək əvəzinə, Qaşıqçı-nın qurban getdiyi planlı cinayətin üstünü örtmə səyləri üzüntü vericidir.
Heç kimsə bir daha bir NATO müttəfiqinin torpağında belə bir cinayət işləməyə cürət etməməlidir. Əks halda çox ciddi nəticələri olacaqdır.
Ər-Riyad ilə uzun illərə söykənən dostluğumuz, gözlərimizin önündə işlənən bu planlı cinayəti görməməzliyə gələcəyimiz anlamına gəlmir.
Qaşıqçı-nın qətlinin üstündən bir ay keçdi, o, ən azından İslami qaydalara uyğun şəkildə dəfn edilməyi haqq edir.
Əlimizdə olan sübutları, Amerika Birləşmiş Ştatları başda olmaqla, bütün dost və müttəfiq ölkələrlə bölüşdük.
 
KUKLAÇILARI AYIRD ETMƏYƏ MƏCBURUQ
 
Camalın öldürülməsində, kuklaçıları ayırd etməyə və Səudiyyə rəsmilərinin kimə güvənərək bu hərəkətləri etdiyini ortaya çıxarmağa məcburuq.”
Müxalifət.az