Ərdoğan üçlü zirvədə terrorla mübarizə üçün SON NÖQTƏNİ QOYDU

Baxış sayı:
5113

Üçlü zirvəyə ev sahibliyi edən prezident Ərdoğan, iş yeməyindən sonra Ruhani və Putin ilə birgə mətbuat konfransı keçirib.
 
Türkiyə prezidenti üçlü zirvənin nəticəsi olaraq terrorla mübarizədə mövqeyini açıqlayıb. Bu açıqlamadan əsas sətir başları:
"Münbiç başda olmaqla PYD/YPG nəzarətindəki bütün bölgələri təhlükəsiz hala gətirənə qədər durmayacağıq.
Tel Rifat bölgəsini, Suriyalı qardaşlarımız üçün yaşanacaq vəziyyətə gətirmək üçün Rus və İranlı dostlarımızla birgə iş aparmağa hazırıq.
Suriyada xaos çıxarılmaq istənən yerlərə əvvəl İŞİD-ın məskunlaşmasının qarşısı açılır, sonra onunla mübarizə bəhanəsi ilə YPG/PYD əraziyə soxulur və beləliklə də terror dövriyyəsi tamamlanır.
Nə Suriya, nə də regionumuzun gələcəyini üç beş terror təşkilatının təsiri altında qalmasına imkan verməyəcəyik.
Yaşanan böhranın və qarşıdurmaların zərərçəkəni Suriya xalqıdır. Qalibin kim olduğunu isə hamımız çox yaxşı bilirik.
İŞİD ilə PYD/YPG-nin eyni məqsədə xidmət etdiyini qəbul etməyən heç bir anlayışın Suriyada daimi sülhə xidmət etməsi mümkün deyil".
Müxalifət.az