Ərdoğan Əsədlə gizli görüşüb?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə gizli görüşməsi barədə iddialara aydınlıq gətirib.
 
Türk lider medianın yaydığı bu məlumatın yalan olduğunu deyib. O, “Mən Əsədlə görüşməmişəm və görüşməyi düşünmürəm”,-deyib.
Qeyd edək ki, bəzi KİV-lərdə yer alan xəbərlərdə R.T.Ərdoğanın Vladimir Putinin xahişi ilə Bəşər Əsədlə gizli görüşdüyü iddia edilmişdi./qafqazinfo.az