​Ərdoğan: S-400-ləri hansı şərtlərlə aldığımız ortadadır

Baxış sayı:
7312

Türkiyənin hansı şərtlərdə S-400 sistemlərini aldığı ortadadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Diyarbəkirdə keçirilən seçki mitinqində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu məsələnin nə NATO ilə, nə F-35-lərlə, nə də ABŞ-ın təhlükəsizliyi ilə əlaqəsi var. Havadan müdafiə sistemini necə istifadə edəcəyimiz ortadadır. Bəs niyə ölkəmizin üstünə gəlirlər?! Məsələ S-400 deyil, Türkiyənin başda Suriya məsələsi olmaqla, öz qərarlarını verməsidir. İnşallah, S-400 məsələsini də həll edəcəyik”, - Ərdoğan bildirib.