Ərdoğan Putinlə telefonda nələri müzakirə etdi?

Baxış sayı:
8080

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.
 
Danışıqda İdlibdəki Əsəd rejiminin hücumları müzakirə olunub.
Ərdoğan İdlibdə atəşkəsin təmin edilməsi və siyasi həll müddətinə fokuslanılması lazım olduğunu qeyd edib və insan itkinlərinin qarşısını almaq və köç riskinin aradan qaldırılmasına vurğu edib.
 
G-20 ZİRVƏSİNDƏ BİR ARAYA GƏLƏCƏKLƏR
 
İki lider Yaponiyadakı G-20 zirvəsində bir araya gəlmə qərarı verib.
Ərdoğanın ikili əlaqələrin müsbət gündəmlə irəlilədiyini ifadə edərək G20 Zirvəsinin keçiriləcəyi Yaponiyada Vladimir Putinlə edəcəkləri görüşdə işlərin nəticələrini qiymətləndirə biləcəklərini ifadə etdiyi bildirilib.
Kremlin rəsmi internet səhifəsindən edilən açıqlamada, liderlərin başda Suriya mövzusu olmaqla, İdlibdəki vəziyyətin sabitliyə qovuşdurulması və oradakı terror ünsürlərinə qarşı təsirli tədbirlər üçün ortaq işlərin artırılmasının əhəmiyyətinə toxunduqları ifadə edilib.
Ayrıca hərbi texniki sahədə əməkdaşlıq da daxil olmaqla, bəzi ikili mövzuya da toxunulduğu ifadə edilib.
Müxalifət.az