Ərdoğan: “Putinə dedim, təəccübləndi”

Baxış sayı:
4351

Vladimir Putin ABŞ və YPG-nin Suriyada neftdən əldə etdiyi gəlirləri eşidəndə təəccübləndi. Orada terror təşkilatının çox ciddi gəlirləri var. Söhbət 300 milyon dollarlıq xam neftdən gedir. Həmin neftin işlənmiş variantını fikirləşsəniz, çox güman 700-800 milyon dollar edər. Bu rəqəmi Putinə deyəndə təəccübləndi.
Muxalifet
.az “Haber7”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehran zirvə görüşündən qayıdanda onu müşayiət edən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan ABŞ-ın Suriya hökumətinin İdlibdə kimyəvi silah istifadə edəcəyi barədə iddianı kor bəhanə adlandırıb: “ABŞ Suriyada PYD-YPG terror təşkilatlarını neftlə təmin edir. ABŞ hazırda Suriyada baş verənləri tribunadan izləyir, heç bir sözünün arxasında dayanmır. Menbiçdə sözünün üstündə durdumu? 90 gün dedi, 90 gün keçib...Yenidən terror təşkilatlarını oraya yerləşdirməyə cəhd göstərir. Eyni şeyi Deyrizorda edir. Deyrizordan hazırda terror təşkilatlarını, PYD, YPG-ni bəsləyirlər. Nə ilə? Neftlə”, - deyə Türkiyə prezidenti vurğulayıb.