"​Ərdoğan olmasaydi, onları xilas etməzdik" - Putin

Baxış sayı:
14626

Prezident Rəcəb Tayyib Ərdoğan təxliyə ilə bağlı razılığın əldə edilməsinə yardımçı oldu. Bundan sonra Rusiya Şərqi Qutada olduqca böyük bir qrupu təxliyə etməyə nail oldu,
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışıqlarından sonra suriyalı tərəfdaşlarımızla razılaşaraq yardıma möhtac uşaqların bölgədən təxliyəsi üçün humanitar dəhlizlər açılmasını təklif etdik. Bundan əvvəl isə sözügedən məsələni Ərdoğanın tələbi və apardığımız razılıq əsasında həyata keçirdik. Oradan olduqca böyük bir qrupu azad etməyə nail olduq. Ancaq ikinci qrupu azad etməyə nail olmadıq, çünki hərbiçilər buna imkan vermədi", - Putin qeyd edib.