Ərdoğan NATO-ya sadiqdir – NATO rəhbəri

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-ya sadəcə sözləri ilə deyil, davranışları ilə də bağlıdır.
 
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq AP-yə açıqlamasında deyib. O bildirib ki, Rusiyadan S-400 zenit raket kompleksləri alan Türkiyə Fransa və İtaliyadan da bənzər sistemlər alınması üçün danışıqlar aparır:
“Ötən gün Ərdoğanla görüş keçirdim. SAMP/T havadan müdafiə sistemlərinin alınması üçün danışıqlara start verdik. Bu görüşdən hansı nəticələrin çıxacağına baxmalıyıq. Ümid edirəm, qənaətbəxş nəticə əldə edəcəyik. Türkiyə İraq və Suriya ilə sərhəddə yerləşməsindən dolayı açar ölkədir”.