Ərdoğan müjdəni verdi: İnsansız TANK İSTEHSAL EDƏCƏYİK

Baxış sayı:
7348

İnkişaf Planı Təqdimat Toplantısında danışan Türkiyə prezidenti Ərdoğan, insansız hava vasitələrindən sonra insansız tank istehsal olunacağı müjdəsini verib.
 
Prezident Ərdoğan Müdafiə Sənayesinin fəaliyyətindən qürur duyduğunu bildirib: “Müdafiə sənayesində 2002-ci ildə ölkəmizdə 66 müdafiə layihəsi təxminən 20 faiz yerlilik nisbəti ilə aparılırdı. 2017-ci ildə 600 layihə 65 faizdən çox yerlilik halı ilə davam etdirilir. Hazırda Afrində zirehli daşıyıcılarımız var, bunların hamısı bizimdir. Pis qonşularımız bizi ən sonunda silahlı və silahsız insansız hava vasitəsinə sahib etdilər. Bu hadisə adi bir hadisə deyil, indi özümüz istehsal edirik. Bir dənə insansız hava maşınımız vurulsa, nə olacaq deyə, düşünürdük. Amma indi heç bir qorxusu yoxdur.
Biz bura qədər gəlmişik və daha yaxşı olacağıq. Biz insansız tankları da istehsal etməliyik və bunu da edəcəyik. Artıq bu texnologiyanı əldə edən ölkə durumuna gəlmişik”.
Müxalifət.az