Ərdoğan-Makron görüşündə diqqətçəkən məqam - FOTO

Prezident Adminstrasiyası rəsmi Tvitter hesabında Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makronun BMT sammiti çərçivəsində baş tutan görüşü ilə bağlı diqqət çəkən paylaşım edib.
Axar.az xəbər verir ki, liderlərin fotosunu paylaşan rəsmi səhifə “Türkiyə prezidenti ilə görüşmək şərəfdir” - yazıb. Bu mesajla fotoda Ərdoğanın rahat, özünəinamlı şəkildə oturmasına, Makronun isə həyəcanlı görünüşünə eyham vurulub.
Qeyd edək ki, Makron daha əvvəlki açıqlamasında “dünya lideri olmaq o qədər də yaxşı bir şey deyil. Məsələn, mən tez-tez Ərdoğanla görüşmək məcburiyyətində qalıram”, - demişdi.