​Ərdoğan jurnalisti susdurdu: Onun kimi danışma...

Baxış sayı:
5918

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makronun görüşündən sonra baş tutan mətbuat konfransında jurnalistlərdən biri türk liderə provokasiyalı sual ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, fransalı jurnalist Ərdoğandan “Türkiyə Suriyaya silah göndərir. Suriyada sülhün bərpası ilə bağlı Türkiyəyə güvənmək olarmı?” deyə soruşub.
Ərdoğan da öz növbəsində sualın anlaşılmaz olduğunu bildirib:
“Sualınızı anlamadım. Suriyaya kim silah göndərir? FETÖ üzvləri kimi danışırsınız. O əməliyyatı həyata keçirənlər FETÖ-çular idi və onlar hazırda həbsdədirlər. Kəşfiyyat qurumlarının bu kimi əməliyyatlarla bağlı haqları var. Sən mənə belə sual verirsən, bəs ABŞ-ın Suriyaya göndərdiyi 4 min TIR silahı nə üçün araşdırmırsan? Sual verərkən bu nöqtələrdə həssas olun. Başqasının ağzı ilə danışmayın. Və bunları da qarşınızda rahat-rahat udacaq biri yoxdur, bunu bilin! FETÖ kimi danışmamağı öyrənin”.