Ərdoğan istədi, o yenidən oxudu - VİDEO
10-01-2019 17:04
Baxış sayı:
8047
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsi "2018 il üçün Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafatları" mərasimində iştirak edib.
Tədbirdə Onqan Üsküdar Musiqi Cəmiyyətinin sədri,bəstəkar, müğənni Amir Ateş Türk sənət musiqisindən bir parça səsləndirib.
O, musiqi səsləndirdikdən sonra səhnəni tərk etmək istəyib. Bu zaman Ərdoğan usta sənətçidən yenidən bir parça musiqi səsləndirməsini istəyib. Ərdoğanın istəyi ilə yenidən oxuyan müğənni, alqışlarla qarşılanıb. Musiqini ifa etdikdən sonra Ərdoğan Atəşə təşəkkür etdi.