ƏRDOĞAN İSRAR ETDİ: PUTİNİ ATLA QARŞILADILAR

Baxış sayı:
5383

Rusiya prezidenti Vladimir Putinin Ankara səfəri Rus mətbuatının gündəmində birinci yerdədir. Rusiya 1 Telekanalı Putinə atlı qarşılamağın Ərdoğanın təkidi ilə keçirildiyini bildirib.
 
Rusiya mediasında Vladimir Putinin Ankaraya gəlişi, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Akkuyu Atom Elektrik Stansiyasının təməlini qoyması və etdikləri təkbətək görüşlər detallı şəkildə işlənib.
 
ƏN BÖYÜK YAXINLAŞMA
 
Rusiyanın dövlət televiziyası Rusiya 1 TV, səfəri "tarixi" - deyə qiymətləndirərkən bunun iki ölkənin ən böyük yaxınlaşması olduğunu bildirib.
 
ERDOĞAN İSRAR ETDİ
 
Rusya 1 TV-dən Pavel Zarubin Putinin limuzininə, rəsmi səfərlərdə zəruri olmamasına baxmayaraq atlı bir birliyin müşayiət etməsinin böyük bir qarşılama mərasimi olduğunu, Ərdoğanın bu mərasim üçün israr etdiyini bildirib.
 
ABŞ-a VERİLMİŞ BİR MESAJ
 
Zarubin, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayarkən Türkiyə və ABŞ arasındakı ziddiyyətləri də vurğulayıb və S-400 raketlərinin alınmasını "ABŞ-a verilmiş bir mesaj" olduğunu söyləyib.
Zarubin nüvə stansiya haqqında isə "Türkiyənin 50 illik xəyalını həyata keçirdik" fikrini səsləndirib.
Müxalifət.az