​Ərdoğan həbsdən necə xilas olduğunu açıqladı: “Qəti tapşırdım ki...”

Baxış sayı:
1228

Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan ədliyyə orqanlarına sızmış fətullahçıların bir neçə il əvvəl onu həbs etmək cəhdindən danışıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan 2011-ci il seçkilərinin ardınca ona və hakimiyyətinə qarşı “bir anda şiddətli hücum dalğası başladığını” deyib. Türkiyə prezidentinin sözlərinə görə həmin vaxt MİT rəhbəri Hakan Fidanın istintaqa çağırılması bu hücumun tərkib hissəsi idi.
“MİT müstəşarının ifadəyə çağırılması... İfadəni verib həbs edilsəydi ardınca hədəfin kim olduğunu lap yaxşı bilirdim. Ona qəti şəkildə "ifadə verməyə getməyəcəksən" dedim. Yardımçılarını da göndərməməyi tapşırdım. "Əgər polis səni almaq istəsə təhlükəsizlik xidmətinə təlimat ver, polisi içəri buraxmasınlar" dedim. Biz o günün FETÖ ədliyyəsi ilə bu mübarizəni apardıq. Çünki FETÖ bu millətin övladlarını bir-biri ilə vuruşdururdu” - deyə Ərdoğan bildirib.