Ərdoğan G-20 öncəsi ABŞ, Fransa və Yunanıstana meydan oxudu

Baxış sayı:
2845

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup yığıncağında açıqlamalar verib.
 
Ərdoğanın çıxışından bəzi məqamları diqqətinizə çatdırırıq:
 
G-20 ÖNCƏSİ S-400 AÇIQLAMASI
 
“Rəsmi ziyarət üçün Yaponiyaya gedəcəyik. Türkiyənin təhlükəsizlik ehtiyacları üçün çoxyönlü axtarışları davam etdiririk. S-400 havadan müdafiə sistemlərini gələn ay təhvil alacağıq. Bu mövzuda geri addım atmayacağıq. Türkiyə davamlı və daha böyük sınamalarla üz-üzə gəlməkdədir. Qorxaq davranmaq yerinə, həmişə meydan oxumağı seçdik.
 
"ŞƏRQ ARALIQ DƏNİZİNDƏKİ GƏLİŞMƏLƏR: QƏTİYYƏTLƏ DAVAM ETDİRƏCƏYİK"
 
Şərqi Aralıq dənizində bölgədə atdığımız addımları qətiyyətlə davam etdirəcəyik. Bu hövzədəki neft, təbii qaz axtarış fəaliyyətləri mövzusunda Türkiyənin və Kipr Türklərinin haqlarını yox sayan cəhdlərə əsla icazə verməyəcəyik. Keçmişdə bizim belə qazma, axtarış gəmilərimiz yox idi. Ancaq kirayə yolu ilə dünyadan tapa bilsən kirayəyə götürəcəksən ki, bu işi icra edə biləsən.
Amma indi həm axtarış,həm qazma gəmiləri olmaqla, 4 ədəd bu gəmilərə sahib olduq. Bu gəmilərimizlə birlikdə biz Şərqi Aralıq dənizində bu işləri davam etdirməyə başladıq.
 
"YUNANISTANIN BAŞ NAZİRİ ÖZÜNƏ GÖRƏ BİR ŞEYLƏR SÖYLƏYİR"
 
Yunanıstanın baş naziri özünə görə bir şeylər söyləyir, nə söyləyirsə, söyləsin... Bizim orada haqlarımız var. Eyni şəkildə bu haqlarımızı qoruma üçün həm axtarış aparacaq olan gəmilərimiz, həm də qazma gəmilərimiz fəaliyyətləri davam etdirəcək. Silahlı Qüvvələrimiz lazımlı tədbiri aldı, alır, alacaq.
Ölkəmizdə sözdə siyasət yürüdənlər "nə üçün belə addımlar atırıq" kimi tənqidlər edirlər, edə bilərlər. Amma bunların belə bir dərdi yoxdur.
 
''FRANSA SƏN DANIŞA BİLMƏZSƏN''
 
Bir şeyi həmişə söylədim. Burayla əlaqədar Fransanın söyləyəcək heç bir şeyi yoxdur. Burada Türkiyə danışa bilər, çünki qarantordur. Yunanıstan danışa bilər, o da qarantordur. İngiltərə danışa bilər, o da qarantordur. Amma Fransa sən danışa bilməzsən, sənin belə bir səlahiyyətin yoxdur. Sularla əlaqədar maraq sahələri içərisində olanlar varsa, onların da söyləyəcək bir şeyləri ola bilər. Kiprə gəlincə, burada 3 qarantor ölkə var. Ancaq bunlar danışa bilər.
Müxalifət.az