Ərdoğan BMT-ni “düzəltmək” istəyir

BMT Təhlükəsizlik Şurasında islahatlar keçirmək lazımdır.
 
Bu sözləri BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvlərini 20-yə çatdırmaq vacibdir:
“Biz dəfələrlə demişik ki, dünya beşdən daha böyükdür. BMT-də çalışan bütün dünya nümayəndələri anlamalıdırlar ki, BMT Təhlükəsizlik Şurası islahata məruz qalmalıdır. Bu gün Qərb dövlətləri ksenofobiya, rasizm və ya islam düşmənçiliyinin qarşısını almaq üçün heç bir tədbir görmürlər. Biz istəyirik ki, BMT Təhlükəsizlik Şurası demokratik və ədalətli struktur olsun. Biz onun üzvlərinin sayının 20-yə çatdırılmasının, hər bir dövlətə eyni haqların və səlahiyyətlərin verilməsinin tərəfdarıyıq”./axar.az