Ərdoğan artıq Bakıdadır

Baxış sayı:
2038

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

*   *   *10:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

“Anadolu” xəbər verir ki, Ərdoğanın olduğu “CAN” xüsusi təyyarəsi yerli vaxtla 09:10-da Bakıya doğru havaya qalxıb.

Türkiyə Prezidentini Atatürk hava limanında prezidentin köməkçisi Fuat Oktay, İstanbul valisi Vasip Şahin və başqaları yola salıblar.

Ərdoğanla yanaşı, Türkiyənin müdafiə naziri Hulusi Akar da Bakıya gəlir.