Ərdoğan Afrin əməliyyatının vaxtını SÖYLƏDİ

Baxış sayı:
1770

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, partiyasının Elazığdə keçirilən 6-ci qurultayında Suriyada baş verənlərə münasibətini açıqlayıb.
 
Ərdoğanın çıxışından bir hissə:
“Biz tariximizdən dərs almağı da bilirik. İndi də tariximizdən aldığımız dərslərlə tədbirlərimizi görürük. Biz terror təşkilatını ölkəmizdə hərəkət etməz hala gətirdik. “Fərat Qalxanı” Hərəkatı ilə terror dəhlizini tam ortasından bıçaqla kəsib atdıq. Heç şübhəniz olmasın, bir gecə qəflətən gələcəyik. Bir gecə qəflətən vurduq. İdlib əməliyyatı ilə bu dəhlizin qərb qanadını çökdürürük. Afrindəki terrorçular təslim olmasa, oranı da başlarına yıxacağıq. Münbiçdə bizə verilən sözlər tutulmazsa, öz göbəyimizi özümüz kəsəcəyik. Bir həftə keçməz ki, nə edəcəyimizi görəcəklər. Tək bir terrorçu qalmayıncaya qədər mübarizəmizi davam etdirəcəyik.
Dünən Cerablustan əl Baba qədər 3 min İŞİD-çını məhv etmişdik. Sabah lazım olsa, 3 min terrorçu daha məhv edəcəyik. Bu mübarizədə qarşımızda duranlar dönüb özlərinə baxsınlar. Bu dövlətin tək bir çınqıl daşını, millətin tək bir övladını kimsəyə verəcək deyilik”.
Müxalifət.az