Ərdoğan açıqladı: Türkiyə ERKƏN SEÇKİYƏ GEDİR

Baxış sayı:
2143

Türkiyə prezidenti Ərdoğan erkən seçki qərarını açıqlayaraq, "Ölkəmizin qarşı-qarşıya olduğu mənzərə ilə bağlı bu təklifə müsbət yanaşma mövzusunda fikir birliyinə vardıq. Bağçalı ilə məsləhətləşmələr nəticəsində seçkilərin 24 iyun 2018-ci il bazar günü keçirilməsinə qərar verdik" deyib.
 
MHP-nin sədri Dövlət Baxçalı dünənki qrup toplantısında prezident seçkilərinin nəzərdə tutulduğu 3 noyabr 2019-a qədər davam etdirilməsinin get-gedə çətinləşəcəyinə diqqət çəkərək 26 Avqust 2018-ci ildə erkən seçki çağırışı etmişdi. Prezident Ərdoğan, bu gün saat 13.30-da MHP-nin lideri Dövlət Bağçalı ilə görüşüb. Bağçalının erkən seçki təklifinin müzakirəsi yarım saat sürüb. Görüşdən sonra baş qərargaha qayıdan MHP-nin lideri Dövlət Bağçalı, öz partiyadaşları ilə görüş keçirərkən, baş nazir Binalı Yıldırım və AK Partiya MYK üzvləri də Ərdoğan ilə görüşmək üçün Prezident Kompleksinə gəlib.
 
TÜRKİYƏ ERKƏN SEÇKİYƏ GEDİR
 
Prezident Ərdoğan, görüşdən sonra keçirdiyi mətbuat konfransında erkən seçki qərarını açıqlayaraq, "Ölkəmizin qarşı-qarşıya olduğu mənzərəni nəzərə alaraq bu təklifə müsbət yanaşma mövzusunda fikir birliyinə vardıq. Seçki məsələsini ölkə gündəmindən çıxarmamız şərtdir. Bağçalı ilə məsləhətləşmələr nəticəsində seçkilərin 24 iyun 2018-ci il bazar günü keçirilməsinə qərar verdik. YSK da seçki hazırlıqlarına başlayacaq" deyə, bildirib.
Müxalifət.az