Ərdoğan açıqladı: AFRİNDƏN SONRA...

Baxış sayı:
2475

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilməsi gözlənilən Afrin əməliyyatından sonra Münbiçə qarşı da əməliyyat keçiriləcəyini açıqlayıb.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Türk Silahlı Qüvvələrimiz ən qısa müddətdə Afrin və Münbiç məsələsini həll edəcək. Hazırlıqlarımız başa çatdırılmışdır. Hərəkat hər an başlaya bilər. Sonra da sıra digər regionlara gələcəkdir. Sərhədlərimiz boyunca deyil, 30 min terrorçudan tək bir nəfər qalmayana qədər bu əməliyyatlar davam edəcək" deyib.
Müxalifət.az