​Ərdoğan açıqladı: ABŞ və İsrail qarışmasın!

Baxış sayı:
4273

Mənimlə cənab Ruhani arasında bir telefon danışığı oldu. Həftə sonuna qədər vəziyyətin normallaşacağını dedi.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
“Həm Xarici İşlər Nazirliyi, həm də prezident səviyyəsində İranla bağlı açıqlama verdik. ABŞ və İsrail başda olmaqla bir sıra ölkələrin Pakistan, İran kimi dövlətlərin daxili məsələlərinə qarışmasını düzgün hesab etmirik. Bunu İraqda gördük. Suriyada irəliləyiş yoxdur. Liviya, Tunis, Çad və Sudan - hamısında vəziyyət eynidir. Qarışdırılan ölkələr həmişə müsəlman dövlətləri olur. Xalqı müsəlman olan ölkələr üzərinə həmişə oyun oynanılır”, - prezident deyib.