Ərdoğan ABŞ-ı terrorçuları silahlandırmaqda ittiham etdi

Ərdoğan mühafizəçilərinə silah satmaq istəməyən ABŞ-ı sərt tənqid etdi
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mühafizəçilərinə silah satmaqdan imtina edən ABŞ-ı sərt tənqid edib.
Ərdoğan ABŞ-ı rəsmi Ankaranın terror təşkilatı hesab etdiyi Suriya kürdlərinin özünümüdafiə qüvvələrini pulsuz silahlandırmaqda ittiham edib:
“Əgər biz ABŞ-dan silah ala bilmiriksə, niyə görə o silahlar pulsuz olaraq Suriyadakı terrorçulara verilir?”
Qeyd edək ki, prezident Donald Trampın administrasiyası Ərdoğanın mühafizəçilərinin davranışına cavab olaraq 1,2 milyon dollarlıq silah satışını ləğv edib.