ƏRƏBLƏR BU ÖLKƏYƏ HÜCUM ETDİ: 23 nəfər həlak oldu, 20 nəfər yaralandı

Baxış sayı:
7447

Yəmənin “Əl Masirah” televiziya hanalı Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin dünən, Haccada yerləşən Kuşar məntəqəsinə qarşı hava hücumu həyata keçirdiyini bildirib.

Ərəb koalisiyasının Yəmən ərəb ölkəsinə hava hücumu nəticəsində aralarında uşaqların da olduğu 23 nəfəri həlak olduğu, 20 nəfərin isə yaralandığı bildirilir. Ölən və yaralananlar barəsində məlumatı Səhiyyə Nazirliyi verib. Məlumata görə, yaralıların bəzilərinin vəziyyəti çox ağır olduğundan ölüm sayı arta bilər. Təcili yardım briqadaları hələ də hava hücumundan sonra dağıntılar altında qalmış digər insanları axtarmaqdadır.

BMT-nin məlumatına görə, müharibə və blokada şəraitində olan Yəmən dövlətinin ərazisində hər on dəqiqədə bir uşaq aclıq və xəstəlikdən ölür./Hurriyyet.org