Ərəbistanda hərbi vertolyot düşdü: Amerikalı pilot öldü

Baxış sayı:
6220

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda həyata keçirilən hava təlimi zamanı hərbi vertolyotun qəzaya uğraması nəticəsində ABŞ-lı bir pilot ölüb.
 
Səudiyyə Ərəbistanının mediasında yer alan xəbərlərə görə, Milli Mühafizəçilər Nazirliyindən edilən yazılı açıqlamada, Ər-Riyaddakı Hava Limanında həyata keçirilən adi hava təlimi zamanı AH-6i tipi bir hərbi vertolyotun krıma uğradığı bildirilib.
Hadisədə Amerikalı təlimçi pilot Paul Reedyin həyatını itirdiyi, Səudiyyə zabiti pilot Heysem bin Abdulaziz Al Şeyxin yaralandığı bildirilib.
Xəstəxanaya götürülən yaralı pilotun vəziyyətinin stabil olduğu qeyd edilən nazirlik açıqlamasında monitorinq komitəsinin vertolyotun qəza səbəbini müəyyən etmək üçün işlərini davam etdirdiyi ifadə edilib.
Müxalifət.az