Ərbildəki terrorçunun kimliyi bəlli oldu!

Baxış sayı:
154

Ərbil Təhlükəsizlik Xidməti Türk Baş Konsulluq vəzifəlisinin şəhid olduğu hücumu təşkil edənlərdən birinin şəxsiyyətini və fotoşəkilini yayımlayıb.
 
Verilən açıqlamada, hücumu təşkil edənlərdən birinin 1992-ci ildə Türkiyənin Diyarbəkır vilayətində doğulan Məzlum Dağ olduğu ifadə edilib.
Təcavüzkarın fotoşəkilini də paylaşan Təhlükəsizlik Xidməti, söz mövzusu adam haqqında məlumata sahib vətəndaşlara təhlükəsizlik güclərinə bu yöndə xəbər verməsi çağırışı edib.
Açıqlamada, təhlükəsizlik güclərinin təcavüzkarı axtarış işlərini davam etdirdiyi qeyd edilib.
Qeyd edək ki, Ərbildə srağagün bir restorana təşkil edilən silahlı hücumda Türkiyənin Ərbil Baş konsulluğunda vəzifəli bir diplomat şəhid olmuş, hücumda 2 İraq vətəndaşı həyatını itirmişdi.
Müxalifət.az