​ƏRƏB MÜƏLLİFDƏN QIZIL KİMİ SÖZLƏR: ƏRDOĞANI KİMƏ BƏNZƏTDİ?

Baxış sayı:
2671

İordaniyalı ərəb müəllif İhsan Fakih “Kudüs əl Arabi” nəşrində Türkiyə siyasəti və müxalifətindən bəhs edərək Ərdoğanı Əbdülhəmid xana bənzədib. Məqalənin əsas başlıqları belədir: “BİZ MASONLARIN OYUNCAĞI İDİK” Əbdülhəmid xan taxtdan endirildikdən bir müddət sonra o dövrün “İttihad və tərəqqi” birliyinin liderlərindən olan Ənvər Paşa belə demişdi: “Bilirsinizmi, bizim günahımız nədir? Biz, Sultan Əbdülhəmid xanı tanımadıq. Masonlar bizi dəyərləndirərək barmaqlarında oynatdılar. Onların oyuncağına çevrildik və bütün səylərimizi onlar üçün xərclədik. Bu, bizim həqiqi günahımızdır”. “ƏBDÜLHƏMİD 30 MİLYON QIZILI RƏDD ELƏDİYİ HALDA” “İttihad və Tərəqqi”nin ümumi hərbi komandiri Eyyub Səbri isə bu sözləri söyləmişdi: “Masonların vasitəçiliyi ilə yəhudilərin toruna-tələsinə düşdük. Əbdülhəmid 30 milyon qızıl qarşılığında onların istədiklərini eləmək təklifini rədd elədiyi halda, biz iki ovuc qızıl qarşılığında bütün istəklərini yerinə yetirdik. Bu tarixi sözlər bizə bunu göstərir: Əbdülhəmidin müxalifləri Sultanı taxtdan endirməyi elə istəyirdilər ki, bu istəkləri xarici planları görməyəcək qədər gözlərini kor eləmişdi. Vətənlərnin gələcəyi üçün bir layihələri yox idi, onlar üçün mühüm olan Əbdülhəmidi taxtdan salmaq idi. “YEGANƏ İSTƏKLƏRİ ƏRDOĞANI TAXTDAN SALMAQDIR” Bu gün Türkiyədəki müxalifət eyni yoldadır, desək səhv eləmiş olmarıq. Türkiyəyə qarşı xarici və daxili bütün çirkin planlara rəğmən müxalifətin yeganə dərdi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı və AKP-ni iqtidardan endirməkdir. Bu həfələrinə elə yönəliblər ki, ölkənin əsas mənfəətlərinə məhəl qoymadan və düşünmədən kor-koranə bu hədəflərinə çatmaq üçün çalışırlar. İqtidardakı partiya ölkəni idarə eləməyi və ya inkişaf etdirməyi bacarmasaydı, yaxud da müxalifətin ölkəni indikindən də irəli aparmaq üçün gözlə görünən gerçək bir planı, layihəsi olsaydı, oz zaman bu istəkləri məqbul olardı. “BU MUXALİFƏT TÜRKİYƏYƏ NƏ VERDİ?” Lakin həqiqət, Türkiyə reallığı budur ki, Ərdoğan və partiyası 16 il davam edən iqtidarı boyunca ölkəni hər sahədə böyük bir fərqlə inkişaf etdirərək qatbaqat böyütdü. Buna rəğmən, Türkiyədə konfranslar keçirmək, əməl olmadan danışmaq və aranı qarışdırmaqdan başqa heç bir işlə məşğul olmayan müxalifətin Ərdoğanı və komandasını devirmək uğrundakı bu ölüm-qalım mübarizəsinin məqsədini başa düşə bilmədim. Deyəsən, Türkiyədəki müxalifətçi partiyalar “Madam ki, müxalifət partiyasıyam, o zaman hər şeyə müxalif olacağam” düşüncəsi ilə hərəkət edir. “ƏRDOĞANDAN SONRAKI DÖVR ÜÇÜN LAYİHƏLƏRİ YOXDUR” Bütün bunlar bir yana dursun, sadəcə, Ərdoğanı devirməyi hədəfə alan bu müxalifət Ərdoğandan sonrasına yönəlik hədəflərini və layihələrini də həqiqi mənada təqdim eləməyib, çünki belə bir proqramları yoxdur. Onların düşüncələri belədir: Ərdoğanı hər hansı şəkildə endirək, ondan sonra mövcud vəziyyətə görə birtəhər hərəkət edərik. Helen Kellerdən soruşublar: “Kor olaraq doğulmaqdan daha pis nə ola bilər?” Keller deyib: “Gözləri olub görməmək”./Hurriyyet.org/