Raul "Real"ın baş məşqçisi oldu
21-06-2019 10:05
Baxış sayı:
8686
"Real"ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdıb.
"Yeni Sabah" ispan mediyasına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, "Real"ın ikinci komandası sayılan "Kastilya"ya baş məşqçi təyin edilib. İspaniyalı ilə müqavillə imzalanıb. Sözləşmənin detalları haqda məlumat verilməyib. "Kastilya" B Sequndasında mübarizə aparır.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"da çıxış edən Raul 550 oyuna 228 qol vurub.