Ramzan Kadırov: "Atam Çeçenistanı Rusiyaya birləşdirməkdən imtina etdi"

Baxış sayı:
6520

Çeçenistan Respublikasının ilk prezidenti Axmat-Hacı Kadırov Rusiya rəhbərliyi ilə danışıqlar zamanı ümumxalq referendumu keçirilmədən Rusiyaya birləşmək barədə sənədi imzalamaqdan imtina edib.

Virtualaz.org bildirir ki, bu barədə onun oğlu, Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov jurnalist Ruslan Qurbanovla On TV YouTube kanalında yayımlanan müsahibəsində danışıb.

R.Kadırovun sözlərinə görə, atasından müvafiq razılaşmanı imzalayıb-imzalamayacağı barədə soruşduqda o, "Xeyr, mən bunu xalqımdan soruşmalıyam" cavabını verib. Çeçenistan rəhbəri vurğulayıb ki, atası həmişə hər şeyi xalqı, qəbilə və ailəsi ilə razılaşdırırdı.

"Referendum keçirsək və xalqım bu sənədə səs versə, desə ki, bəli, biz Rusiya ərazisinin bir hissəsiyik, mən sənədi yalnız o zaman imzalayacağam",- deyə jurnalistin həmsöhbəti atasının sözlərindən sitat gətirib.