Ramil Quliyev “Avropada ayın atleti” seçildi

 Ramil Quliyev “Avropada ayın atleti” seçilib.
 
Seçim Avropa Atletizm Birliyi tərəfindən internetdə sorğu əsasında edilib.
Birliyin tvitter hesabında bu barədə açıqlama verilib. AAB tərəfindən hər ay belə sorğular təşkil edilir. R.Quliyev isə avqust ayının atleti seçilib.
Qeyd edək ki, azərbaycanlı atlet Ramil Quliyev ötən ay Londonda keçirilən Dünya çempionatında 200 metr qaçısı ilk olaraq tamamlamışdı. Bununla da Türkiyəyə kişilər arasında 200 metrə qaçışda ilk qızıl medal qazandıraraq tarixə düşüb.