Ramazanın müjdəsçisi: Bu gün “bəraət” gecəsidir

Baxış sayı:
12832

Üç ayların son müqəddəs gecələrindən olan, Ramazanın müjdəçisi kimi bilinən “bəraət” gecəsi bu gecə idrak ediləcək.
 
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz bu gecənin əhəmiyyətinə bir hədisi-şərifində belə diqqət çəkir: "Rəhmət qapıları dörd gecə açılır. O gecələrdə edilən dua, tövbə rədd olmaz. Ramazan və Qurban bayramının birinci gecələri, Şabanın 15-ci gecəsi və Ərəfə gecəsi.
Bir başqa hədisi şərifdə də, “Bəraət gecəsini qənimət, fürsət bilin. Çünki müəyyən olunmuş bir gecədir. Şabanın 15-ci gecəsidir. Qədr gecəsi çox böyük isə də hansı gecə olduğu bəlli deyil. Bu gecə çox ibadət edin. Yoxsa qiyamət günü peşman olarsınız" deyə buyurulur.
İslam alimləri, "Hər il şaban ayının 15-ci gecəsində o ildə olacaq sözlər, əməllər, ölümlər, ölüm səbəbləri, yüksəlmələr və alçalmalar lövhi-məhfuz-a yazıldığı üçün bu gecənin əhəmiyyəti çox böyükdür" deyə xəbər verir.
Alimlər belə gecələrdə ibadət etməyin çox savab olduğunu bildirərək "Gecənin on iki hissəsindən bir qismini, yəni bir saat qədər əhya etmək, Quran oxumaq, namaz qılmaq, dua etmək, bütün gecəni ihya etmək olar". deyir.
Biz də “Bəraət” gecənizi təbrik edir və İslam aləmi başda olmaqla, bütün bəşəriyyətə əmin-amanlıq və sülh gətirməsini arzu edirik.
Müxalifət.az