​Ramazan ayının 2-ci günü: İmsak və iftar vaxtları...

Baxış sayı:
6664

Sabah Ramazan ayının ikinci günüdür.
Muxalifet.az QMİ-nin məlumatına istinadən xəbər verir ki, mayın 7-də Bakıda imsak saat 03:55, iftar isə saat 19:57-dədir.
Ramazan ayının 2-ci gününün duası aşağıdakı kimidir:
"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et".
Allah orucunuzu qəbul etsin!