Raket hücumunda İran milisləri və HİZBULLAH DA VURULDU

Baxış sayı:
2035

ABŞ, Böyük Britaniya və Fransanın raket hücumunda vurduğu hərbi obyektlər arasında Kuseyrdəki Hizbullah ünsürləri ilə Deradaki İran gücləri də var.
 
ABŞ, Böyük Britaniya və Fransanın Şərq Gutada mülki vətəndaşlara qarşı kimyəvi silah istifadə edən Bəşşar Əsəd rejimi qüvvələrini hədəf aldığı hücumda Suriyanın paytaxt Dəməşq ilə Xama, Xüms, Dəraa və Süveyda rayonlarındakı hərbi obyektlər bombalanıb.
Yerli mənbələrin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın xəbərdar etdiyi hücumda ilk mərhələdə Şamdakı Respublika Mühafizəçiləri, Dumeyr Hava Limanı, Dəməşq Beynəlxalq Hava Limanının ətrafı, Cemeyre Elmi Araşdırmalar Mərkəzi, Kasyun Dağındakı hava müdafiə sistemləri, Kisvə və Kalamun bölgələrindəki hərbi obyektlər də vurulub.
ABŞ, İngilis və Fransız qüvvələri həmçinin rejimin nəzarətində olan Xama vilayətindəki hava limanını, Xüms rayonunun Küseyir bölgəsində Hizbullah güclərini, Deraada 89-ci Briqada kimi tanınan İran güçlərini və bəzi hərbi obyektlərini vurub. Eyni zamanda, Suveyda rayonunda Xalxal Hava Limanı və Dəraa vilayətinin İzra bölgəsindəki hədəflərə də hücum həyata keçirib.
Bu arada Bəşşar Əsəd rejimi mediası hava müdafiə qüvvələrinin hücumlara qarşılıq verərək bəzi raketləri havada məhv etdiyini iddia edib.
Müxalifət.az