​Ər-Riyyadda yoxa çıxan prezidentlə bağlı - Bəyanat

Baxış sayı:
5725

Afrika Birliyi Səudiyyə Ərəbistanına gedən və daha sonra yoxa çıxan Qabon Prezidenti Əli Bonqo ilə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, Afrika Birliyi Komissiyasının sədri Musa Fərqi Məhəmməd Qabon prezidentinin səhhəti ilə bağlı narahat olduqlarını bildirib.
Bəyanatda qey edilir ki, Afrika Birliyinin mətbuat departamenti Qabona nümayəndə heyəti göndərəcək və ölkədəki siyasi durumu araşdıracaq.
Qeyd edək ki, Qabon dövlət başçısı Əli Bonqo Ondimba Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla birgə konfransa qatılmaq üçün oktyabrın 24-də Ər-Riyada səfər edib. Həmin gündən bu vaxta qədər Ondimbadan xəbər alınmaması onun Ər-Riyadda öldürülməsi barədə məlumatların yayılmasına səbəb olub. Bonqonun səlahiyyətləri qismən köməkçisi Pier Klaver Maqanqaya həvalə edilib.