​Ər-Riyaddan ŞOK: Əsəd getməyəcək

Baxış sayı:
2425

Suriya Prezidenti Bəşər Əsəd hakimiyyətdən getməyəcək.
Bunu “Taym” jurnalına müsahibəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman deyib.
“Bəşər qalır. Mən inanıram ki, Bəşərin maraqlarına iranlıların ölkədə hər şey etməsinə izn verməmək daxildir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Suriyada ABŞ hərbi kontingentinin olması çox önəmlidir:
“Hesab edirik ki, ABŞ ordusu, heç olmasa, ortamüddətli perspektivdə Suriyada qalmalıdır. ABŞ ordusunun buradan çıxması Suriyada mühüm boğazın itirilməsi deməkdir. Bu dəhlizlə regionda çox şey etmək olar”.
Qeyd edək ki, buna qədər Ər-Riyad dəfələrlə Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu israrla bəyan edib./axar/