​Ər-Riyaddan Qaşıqçı ilə bağlı növbəti açıqlama

Baxış sayı:
2182

ABŞ və Səudiyyə Ərəbistanındakı bəzi media orqanlarının jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı Ər-Riyadı ittiham etməsi doğru deyil.
Muxalifet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Daxili İşlər naziri, şahzadə Əbdüləziz bin Səud bin Nəyif deyib. O, Səudiyyə hökumətinə qarşı bu formada hücum edilməsini qınayıb:
“Mediada jurnalisti öldürmə əmrinin verildiyi ilə bağlı iddialar heç bir əsası olmayan yalan və ittihamlardan ibarətdir. Səudiyyə Ərəbistanı hökuməti qanunlara, ənənələrə və beynəlxalq nizamnamələrə bağlıdır”.
Şahzadə Qaşıqçı olayı ilə bağlı həqiqətlərin ortaya çıxmasını istədiyini söyləyib. O, media orqanlarını doğru informasiya paylaşmağa və istintaqa təsir göstərməməyə çağırıb.
Qeyd edək ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb. C.Qaşıqçının öldürüldüyü ehtimal edilir.