​Ər-Riyad HƏDƏLƏDİ: Qətər pul və ordu göndərməsə...

Baxış sayı:
2914

Əgər Qətər ABŞ-ın yardımından məhrum olmaq istəmirsə, Suriyaya hərbçilərini göndərməlidir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl-Cübeyr deyib.
“Qətər gərək ABŞ hərbçilərinin Suriyada qalmasının qarşılığını ödəsin. Üstəlik, rəsmi Doha buraya öz hərbçilərini də göndərməlidir. Əks təqdirdə Tramp Qətərə hərbi dəstəyi dayandıra və bu ölkənin təhlükəsizliyini təmin etməkdən imtina edə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp ABŞ ordusunun Suriyada qalması xərclərini maraqlı ölkələrin, o cümlədən Ərəbistanın qarşılamalı olduğunu bildirmişdi.