Qəzzadan İsrailə atılan raketlər Rusiya istehsalı çıxdı

Baxış sayı:
7222

İsrail ordusunun sözçüsü Conatan Conricus, Fələstinlilərin son münaqişədə Rusiya istehsalı olan tanksavar raket sistemi istifadə etdiyini bildirib.
 
Daha öncə İsrail Ordusundan edilən açıqlamada, Qəzzaya “Kornet” tanksavar raket sistemindən bir avtobusa açdığı atəş nəticəsində bir İsrailli əsgərin ağır yaralandığı ifadə edilmişdi. Conricus, Qəzzanın həqiqətən “Kornet” sistemini istifadə edib, etmədiyi sualına, "Araşdırmalarımız bunun belə olduğunu göstərir" cavabını verib.
“Həmas”-ın qəsdən avtobusu vurduğunu iddia edən Conricus, "Bəli, avtobusda əsgərlər vardı, amma bu sərnişin avtobusu idi və onlar qəsdən gərginliyi artırmaq və İsrailliləri öldürmək üçün atəş açdı" - deyib.
 
QAÇAQ YOLLARLA GƏTİRİR
 
Rus raket sisteminin Fələstinlilərin əlinə necə keçdiyi sualına da cavab verən sözçü, "Həmasın xaricdəki havadarlarından humanitar ehtiyaclar üçün aldığı pulun böyük bir hissəsini müasir silah idxalına sərf edir. Onlar bu silahları dünyanın bir çox hissəsindən qaçaq yollarla gətirir. Yəqin ki, İran, Həmas və İslami Cihada qanunsuz silahın ən böyük tədarükçüsüdür" deyə qeyd edib.
Müxalifət.az