​Qəzzada toqquşma: 290 FƏLƏSTİNLİ XƏSARƏT ALDI

Baxış sayı:
1539

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 300-ə yaxın fələstinli xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yanvarın 12-də xəsarət alanların sayı 290 nəfərə çatıb. Onlardan 45-i döyüş gülləsi, 30 nəfər isə rezin güllələrdən xəsarət alıb. 215 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, – deyə Cəmiyyətin nümayəndəsi İrab əl Fukah bildirib.
Fələstinin Səhiyyə nazirliyindən ağır yaralıların olmadığını bildiriblər.