Qəzza zolağında növbəti toqquşma: ÖLƏNLƏRİN SAYI ARTDI

Baxış sayı:
3085

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb, 350-dən çoxu isə müxtəlif xəsarətlər alıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf Kidra məlumat yayıb.
 “İsrail ordusunun açdığı atəş nəticəsində 3 fələstinli ölüb, 117-si güllə yarası almaqla, 350 fələstinli yaralanıb”, - deyə Ə.Kidra bildirib.

***

Baş verən toqquşmalar nəticəsində ölən fələstinlilərin sayı 5-ə, yaralıların sayı isə 900-ə çatıb.

***

Aprelin 6-da Qəzza bölgəsinin sərhədində İsrail əsgərləri ilə toqquşma nəticəsində 8 fələstinli ölüb, habelə xəsarət alanlar var.
Axar.az xəbər verir ki, 12 qadın və 50 uşaq xəsarət alıb. Gözyaşardıcı qazdan zəhərlənən insanlar xəstəxanaya yerləşdirilib. Onların sırasında odlu silah atəşindən yaralananlar da var. Beş nəfərin vəziyyəti çox ağırdır. Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.
Cümə ibadətindən sonra minlərlə ərəb İsraildən Qəzza bölgəsinin blokadasına son qoymaq tələbi ilə bir həftə əvvəl başladıqları kütləvi nümayişi davam etdirmək məqsədilə sərhədə toplaşıb.

***

Fələstinin Səhiyyə naziri Əşrəf əl-Kedra ölənlərin sayının 10-a qalxdığını bildirib.
Xatırladaq ki, martın 30-da eyni tələblə aksiya keçirmiş fələstinlilər İsrail əsgərlərinin müdaxiləsinə məruz qalıb və 22 nəfər həlak olub.