​Qəzaya uğrayan türk təyyarəsinin QARA QUTUSU TAPILDI

Baxış sayı:
4639

İranda qəzaya uğramış Türkiyənin "Başaran Holdinq"inə məxsus təyyarənin qara qutusu aşkar edilib.
Bununla bağlı Çaharmahal və Bəxtiyari əyalətləri üzrə Qızıl Aypara cəmiyyətinin axtarış və xilasetmə idarəsinin rəis müavini Rza Zahiri məlumat verib.
O bildirib ki, xilasedicilər yerli vaxtla 03:00-da təyyarənin qəzaya uğradığı yerə çatıblar:
“Axtarış zamanı 8 cəsəd, 2 cəsədin isə qalıqları aşkar edilib. Bir cəsədin axtarışları isə davam edir”.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfərin olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayılıb. Qəzaya uğrayan təyyarədə "Başaran Holdinq"in rəhbəri Hüseyn Başaranın qızı 28 yaşlı Minə və onun 7 rəfiqəsi olub. Məlumata görə, təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub./Teleqraf/