Qəzaya uğramış “MiQ-29″un yeni fraqmentləri tapılıb – Türkiyə MN görüntülər yayıb

Baxış sayı:
10837

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış “MiQ – 29″ təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus “MiQ-29″ təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin “qara qutu”sunun axtarışları davam etdirlir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın “MiQ-29″ təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.