Quzu qızardırdılar, Türk əsgəri təpələrinə mindi

Baxış sayı:
3031

Qışlamaq üçün Tuncəlidən regiona yeni sızdığı ehtimal edilən qrupu zərərsizləşdirmək üçün insansız hava vasitələrinin dəstəyi ilə axtarış fəaliyyətləri davam edərkən, dünən Giresunun Yağlıdərə rayonu Güllücə kəndi çöllərində çıxan silahlı qarşıdurmanın detalları da ortaya çıxmağa başlayıb.
 
Türk ordusunun xüsusi təyinatlı qrupu, 1600 nömrəli təpədəki çöl sahədə iz sürərkən, 3 terrorçunu seziblər. Ərazidə ocaq qalayıb, oğurladıqları quzu ətini bişirən terrorçulara təhlükəsizlik qüvvələri “Təslim ol” çağırışı edib.
Terrorçular atəş açaraq qaçmağa çalışıb. Atışmada 1 terrorçu öldürülüb, digər 2-si isə dumandan istifadə edərək qaçaraq gizlənə biliblər.
 
ƏLƏ KEÇİRİLƏNLƏR
 
 Öldürülən terrorçuyla birlikdə silah, əl bombası, güllə, USB yaddaş və mikro SD kartları götürülüb. Güllücə kəndində bir kafedən oğurladıqları 90 kiloqram ət də ələ keçirilib. Komandalar digər 2 terrorçunu ələ keçirmək üçün əməliyyatı davam etdirirlər.
Qida təhcizatını qoyaraq qaçan digər 2 terrorçunun, bu səbəblə çətin vəziyyətə düşdüyü qeyd olunub.
Müxalifət.az