Ququşun Ermənistandakı konsert biletinin qiyməti – 600 dollar

Əslən Güney Azərbaycandan olan müğənni Ququşun (Faiqə Atəşin) İrəvana gəlişinə qədər Ermənistanda konsert biletlərinin qiyməti heç vaxt 150 min dramdan yuxarı olmayıb.
 
Erməni KİV xəbər verir ki, İrəvanda ilk dəfə Ququşun konsertindəki bilet 300 min dram (600 dollardan çox) dəyərində satışa çıxarılıb.
Avqustun 31-də Karen Demirçyan adına idman-konsert kompleksində keçirilən konsertin ən ucuz biletinin qiyməti isə 37500 dram olub.
Məlumata görə, indiyədək Ermənistanda ən bahalı biletlər “Comedy Club”, Şarl Aznaur, Eros Ramazotti, İrina Alleqrovanın verdiyi konsertdə olub ki, bu da 150 min dramı ötməyib.
Ququşun konsertinə biletlər satışa çıxarılandan ekspertlər tamaşaçıların böyük qisminin turistlər olacağını proqnozlaşdırırdılar. Yalnız diaspor erməniləri bilet ala biliblər. Əksəriyyəti isə iranlılar təşkil edib.