​Qüdsdən sonra elə bildik, dünya başımıza aşacaq - ABŞ

Baxış sayı:
4162

Dünyanın başımıza aşacağını düşünürdük, amma heç nə olmadı.
Bu sözləri ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli Prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə CNN-ə danışarkən söyləyib.
“Cümə axşamı oldu, cümə və bazar günləri gəldi, amma gördük ki, heç bir şey baş vermədi. Dünya olduğu yerdə dayanıb. Rəhbərlik bəlli səbəblərdən dolayı Şərqi Qüds haqqında açıqlama verməyib. Biz səfirliyimizin paytaxt elan edilən yerdə olmasını istəyirik”, - deyə o bildirib./axar/