QÜDRƏT QURBANOV "MEDİA QƏHRƏMANI" SEÇİLDİ – Ötən həftə saytlar ən çox Dövlət Dəniz Administrasiyasının rəhbərindən yazdı

“Fövqəlnazir” Kəmallədin Heydərov siyahıda ikinci, Səlim Müslümov və Kərəm Həsənov isə üçüncü yerləri bölüşür
 

Baxış sayı:
12644

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 04-10 dekabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs “Qüdrət Qurbanovun adı yenidən gündəmdə – İDDİA”, “Ülvi Həsənova öz oğlu qədər inanan Qüdrət Qurbanov niyə ondan imtina edib - İddia” və “Qüdrət Qurbanovun qızıl biznesində “yorğan davası”” başlıqlı, eyni məzmunlu 3 məqalənin 8 elektron KİV-də işıqlandırılmasıyla Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov olmuşdur. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri ““Ustadına kəm baxan” nazirin sonu: Fazil Məmmədov özünü necə bitirdi? - Pərdəarxası...”, “Fazil Məmmədovu bitirən səbəblər – bizim şərh”, “Vergi düyünü: Kəmaləddin Heydərovun yeznəsinin vəzifədən getməsinin – Sirri” və “HEYDƏROV VƏ ONUN “MEHRİBAN DÜŞMƏNLƏRİ”… – Fazil Məmmədov FHN şefinə məğlub olan neçənci nazirdir?” başlıqlı, eyni məzmunlu 4 məqalənin 8 elektron KİV-də işıqlandırılmasıya Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov tutur. Nəhayət, mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-ci yeri isə “Səlim Müslümovdan şok: İxtioz xəstəsinə pensiya verilmir - Tükürpədici kadrlar”, “Nazirin ixtisaslı kadr bəhanəsi: İş var, işçi yox” başlıqlı 2 yazının 5 saytda yer alması ilə ölkənin Əmək və Əhalinin Soaial Müdafiəsi naziri Səlim Müslümov və “Ziya Məmmədovla Fazil Məmmədovdan sonra növbə Kərəm Həsənovda - Detallar Kərəm”, “Həsənov necə çökdürülür: “Əllak kralı”nın imperiya süqutu” adlı 2 məqalənin də eyni sayda elektron KİV-də yayılması ilə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov bölüşdürür. DEPUTATLAR ARASINDA HƏFTƏNİN “QƏHRƏMANI” AĞALAR VƏLİYEV SEÇİLİB Həftə ərzində “Deputatın şirkəti yenə narazılıq yaradır”, "Heç düşməninə də buradan ev almağı məsləhət görmə" və ““Kristal Abşeron”da həbsxana rejimi yaradılıb” adlı 3 müxtəlif adlı, lakin eyni məzmunlu yazının 9 saytda işıq üzü görməsilə deputat Ağalar Vəliyev adı hallanan 3 deputat arasında həftənin birincisi olmuşdur. Siyahıda ikinci yeri “Deputat qardaşının rəhbəri olduğu kollecdə özbaşınalıq: Müəllimlər etiraza qalxdı” adlı məqalənin 8 elektron KİV-də yayımlanması ilə deputat Əhliman Əmiraslanov tutmuşdur. Nəhayət, “Deputat Əsabil Qasımovun mülklərinin sayı-hesabı yoxdur - Qardaşı oğlu E.Qasımov isə kirayədə yaşayır” adlı məqalənin 4 saytda paylaşılması ilə deputat Əsabil Qasımov həftənin siyahısına 3-cü sırada düşmüşdür. Muxalifet.az