​Qubaya 55 sm hündürlüyündə qar yağıb - FOTO

Baxış sayı:
2152

Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb
 
Qubanın ucqar dağ kəndlərinə qar yağıb.
“Report”un Şimal bürosu xəbər verir ki, ötən günün ikinci yarısından başlayan güclü yağış gecə saatlarında qar ilə əvəzlənib.
Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb. Xınalığa düşən qarın hündürlüyü 55 santimetrə çatır.