QƏTƏR ƏMİRİ HƏRBİ HAZIRLIĞI GÜCLƏNDİRDİ - ÖLKƏ TARİXİNDƏ İLK DƏFƏ...

Baxış sayı:
3433

Qətərdə könüllü qadınlar hərbi xidmət edə biləcək
 
Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanının lideri olduğu blokun sanksiya məngənəsi ilə üzbəüz qalan Qətər əmiri Tamim bin Hamad əl Tani qadınların öz arzuları ilə könüllü şəkildə hərbi xidmət eləməsinə icazə verən və kişilərin icbari xərbi xidmət müddətinin uzadılmasını nəzərdə tutan qərar verib. Bununla da Qətər tarixində ilk dəfə qadınlar da hərbi xidmət edə biləcəklər.
 
İcbari hərbi xidmət müddəti 12 aya çatıb
 
Yeni qanuna görə, qadınlar 18 yaşından etibarən könüllü şəkildə əsgər gedə bilərlər.
18-35 yaş arasındaki kişilərin icbari əsgərlik müddəti 3 aydan 1 ilə qədər uzadılıb.
 
Fərarilərə 3 il həbs cəzası
 
Yeni qanuna görə, kişilər 18 yaşına daxil olar-olmaz 60 gün ərzində hərbi xidmət eləmək üçün müraciət eləməlidirlər. Əsgərlikdən qaçanlara 3 il həbs və 50 min Qətər rialına yaxın məbləğdə cərimə cəzası kəsiləcək.
 
Hərbi akademiya quracaqlar
 
Qətər milli hərbi akademiya qurmaq niyyətindədir.
 
Hərbi müqavilələr bağlanır
 
Səudiyyə Ərəbistanının lideri olduğu blokun 10 aylıq maliyyə-iqtisadi blokadasının Qətər üzərindəki mənfi təsiri nəticəsində böhran başlanandan bəri ABŞ, Fransa, İtaliya və İngiltərə ilə hərbi müqavilələr imzalayan Qətər sonda 12 ədəd Rafale hərbi təyyarəsi də almaq qərarı verib.
 
Türkiyə ilə sıx əməkdaşlıq
 
Qətər öz ərazisində Türkiyənin hərbi baza yaratmasına imkan verib. Türkiyədən silah almağa başlayıb./Hurriyyet.org