​Qətər BƏƏ-ni BMT-yə şikayət etdi

Baxış sayı:
922

Qətər BMT Təhlükəsizlik Şurasına Birləşmiş Ərəb Əmirliklərindən şikayət edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Əl-Cəzirə” televiziyası yayıb.
Televiziya rəsmi Dohanın BMT-yə BƏƏ-nin hərbi aviasiyasının Qətərin hava məkanını pozduğuna görə müraciət etdiyini bildirib. Qətərin şikayət ərizəsinin bir üzü BMT Baş katibi Antoniu Quterreşə verilib.