Qətərə 100 ədəd Türk “Altay” tankı satılacaq

Baxış sayı:
6142

Türkiyə istehsalı olan “Altay” tankı almaq üçün Qətər müqavilə imzalayıb.Müqaviləyə görə, Qətər Türkiyədən 100 ədəd “Altay” tankı alacaq.
 
AK Partiya sədrinin müavini Əli İhsan Yavuz Milli Döyüş Tankı “ALTAY” proqramına dair açıqlama verib
Yavuz kütləvi istehsal tenderini alan BMC-nin 24 ay içərisində 40 ədəd “Altay” Döyüş Tankını (AMT) istehsal edib, müvafiq məntəqəyə təslim edəcəyini, 41-ci tankdan etibarən yerli motor istifadə ediləcəyini, 250 ədəd sifarişi verilən tankın çox sürətli bir şəkildə Türk Silahlı Qüvvələrinə (TSQ) təhvil veriləcəyini və Qətərin 100 ədəd “Altay” Döyüş Tankı sifariş verdiyini açıqlayıb.
Qeyd edək ki, Qətər ilə Türkiyə arasında 100 ədəd “Altay” tankının satışı üçün imzalar atılıb. Razılaşmaya görə, Qətərə ilk mərhələdə 40 ədəd tank təhvil veriləcək.
Müxalifət.az